Ukrayna ilə Avropa Birliyi arasında soyuqluğun müşahidə edilməsi və ABŞ-da istehsal qiymətlərinin də yüksəlməkdə davam etməsi xəbərləri fonunda EUR/USD və GBP/USD məzənnələrində bahalaşma müşahidə edilib.
Almaniyanın Rusiyaya qarşı enerji sanksiyalarını Ukraynanın tələblərinə baxmayaraq ləngitməsi Avropanın özəl sektprunda müsbət qarşılanır. Bu özünü "DAX", ""FTSE" və "CAC" kimi indekslərin dəstək görməsində də göstərir. Amerikada inflyasiyanın sürətlə artdığı bir şəraitdə FED-in gələcək siyasətinə dair qeyri-müəyyənlik isə dollara qarşı təzyiqləri də artırır. Bu narahatlıqlar xüsusilə dünyada getdikcə artan staqflyasiya riskləri ilə daha da güclənir.
Əmtəə və kriptovalyuta birjalarında qızıl, neft və bitkoinin qiymətlərində də bahalaşma başlayıb.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.