Yaponiya Mərkəzi Bankının 10 illik dövlət istiqrazlarının gəlirlilik faizlərinin yuxarı sərhəddini 0.5%-ə yüksəltməsi qərarının Federal Ehtiyyatlar Sistemi, Avropa və İngiltərə Mərkəzi Banklarının keçən həftəki faiz artımları birgə dünya iqtisadiyyatı üzərində təzyiqləri artırması qlobal resessiya qorxularını da artırdı.
Amerika cəbhəsində isə dünən faiz artımlarına ən həssas sahələrdən olan tikinti sektoruna dair açıqlanan zəif statistik göstəricilər dolların dəyər itirməsinə səbəb oldu.
Bu gün isə Amerikada açıqlanacaq istehlakçının həm şəxsi maliyyə vəziyyəti, həm iqtisadiyyat, həm də gələcəklə bağlı gözləntilərini ölçən “Conference Board” İstehlakçı İnam İndeksi investorların diqqət mərkəzində olacaq.
Dollar indeksinin yenidən 103 bənd hədlərinə geriləməsi fonunda qızıl kəskin bahalaşdı. Təhlillərə əsasən hazırda 1813$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1819$ həddinin üzərinə yüksəlsə, 1835$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.