Omikron ştamının ABŞ, Avropa və Asiyada sürətlə yayılması və bəzi ölkələrin yenidən sərt karantin qaydaları tətbiq etməsi fonunda artan qlobal iqtisadi risklər dünya birjalarında qeyri-müəyyənlikləri də artırır.
İlin son aktiv ticarət həftəsi olmasından dolayı əməliyyatların realizasiyası da birjalarda ticarət aktivliyin azalmasına səbəb olur.
Bununla yanaşı, bu gün Amerikadan açıqlanacaq əmək və mənzil bazarlarına dair statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Beləliklə, diqqətlərin güvənlin liman maliyyə alətlərinə yönəlməsi əlvan metallar bazarlarında qızılın yenidən 1800$ hədlərinin üzərinə yüksəlməsinə səbəb olub. Qiymətli metal 1800$ dəstək həddini qoruya bilsə, 1844$-a kimi bahalaşa bilər.
Məlumat AzərbaycanınInvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.