Birjalarda bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan dərc ediləcək inflyasiya dair önəmli statistik göstəricilər öncəsi ticarət aktivliyi aşağı düşüb. Lakin Amerika sessiyasında yenidən artacağı gözlənilir.
Qlobal təhlillərə əsasən, EUR/USD və GBP/USD məzənnələrinin yenidən bahalaşacağı proqnozlaşdırılır, çünki Avrozona və Böyük Britaniyada inflyasiya ABŞ ilə müqayisədə daha nəzarət altındadır.
Əlvan metallar bazarlarında qızılın qiyməti də Amerikada inflyasiyanın 7.3%-ə yüksələcəyi proqnozları ilə dəyər qazanmaqdadır. Brent nefti də dəstək görməkdədir və burada da bahalaşma dalğasının bərpa ediləcəyi ehtimal edilir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.