Rusiya - Ukrayna müharibəsi fonunda həm qlobal iqtisadiyyatlar, həm də valyuta məzənnələri üzərində təzyiqlər davam edir. Lakin neft qiymətlərinin bir qədər ucuzlaşması nəticəsində avro və funtda korrektiv artımlar müşahidə olunur.
Bu gün həmçinin İngiltərə iqtisadiyyatına dair açıqlanacaq önəmli fundamental göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
Neft tədürükü ilə bağlı pozitiv xəbərlər fonunda neft qiymətləri bir qədər ucuzlaşsa da, eniş tendensiyası divergensiya ilə müşahidə olunur. Bu səbəbdən də satış yönlü əməliyyatların icrasında ehtiyyatlı olmaq tövsiyyə olunur. Hazırda 110$-dan təklif olunan Brent neftinin bir bareli üzrə dəyəri 115$-ın üzərinə yüksələ bilsə, bahalaşma meylləri güclənə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.