Qızıl fyuçersləri Ukrayna-Rusiya müharibəsi investorların təhlükəsiz alışlarına və inflyasiya narahatlıqlarının artmasına səbəb olduğu üçün 2000 dolları vurdu.
FED.az xəbər verir ki, yeni həftənin ilk müqavilələrində qızıl 2000 dollardan yuxarı qiymətə çatıb. Sonradan qiymətlər bir qədər geriləyib və 1986-1987 dollar arasında sabitləşib.
Xatırladaq ki, bazarda artan geosiyasi gərginlik səbəbindən qızıl qiymətləri keçən həftə 4 faizdən çox artmışdı.
İnvestorların artan inflyasiya gözləntiləri ilə birlikdə müharibə səbəbiylə təhlükəsiz yatırım axtarışları da qızılın bahalaşmasına səbəb olub.
İnflyasiya proqnozu baxımından həftənin ən kritik mövzusu ABŞ və müttəfiqlərinin Rusiya neftinə embarqo planlaşdırdığı xəbəri olub. Bu xəbərlərin təsiri ilə Brent nefti 130 dollara çatıb.