ABŞ-da noyabr ayına nəzərən geriləyən “NFP”-nin dekabr ayında proqnozlaşdırılandan daha çox artmasına baxmayaraq, əmək haqlarındakı geriləmə, həmçinin, sənaye və xidmət sektorlarında iqtisadi aktivliyin neqativ zonaya düşməsi fonunda dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Nəticədə dollar indeksi 103.50 bənd səviyyəsindəki psixoloji dəstək həddini qırdı. Əgər “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər.
Nəticədə EUR/USD məzənnəsi 1.07$, GBP/USD məzənnəsi isə 1.22$-ə qədər bahalaşdı. Təhlillərə əsasən, DXY zəifləməyə davam edərsə, avro və funt-sterlig dollar qarşısında müvafiq olaraq 1.0850 və 1.2325 hədlərinə kimi yüksələ bilər.
Dolların kəskin ucuzlaşması fonunda qızıl son 7 ayın maksimumlarına kimi bahalaşıb. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1878$ səviyyəsinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1896$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.