2020-ci ilin ilk 9 ayında Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 572,2 milyon manat həcmində əməliyyat aparılıb.
FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə, 22,1% azdır.
Bakı Fond Birjasından (BFB) FED.az-a verilən məlumata görə, birjada aparılan əməliyyatların böyük hissəsi – 5657,3 milyon manatı və ya 66%-i dövlət qiymətli kağızlarının payına düşür. Əməliyyyatların 18%-i korporativ qiymətli kağızların, 16%-i isə repo əməliyyatlarının payına düşüb.
Korporativ seqmentdəki əməliyyatların böyük hissəsi də əslində dövlət şirkətlərinin kağızları ilə aparılır.
Belə ki, bu seqmentdə 228 milyon manatlıq ilkin bazarın 197 milyon manatı istiqrazların payına düşür ki, bunun da 175 milyon manatı ipoteka fondunun, qalan 22 milyon manatı digər şirkətlərinin (o cümlədən dövlətə məxsus «Azergold» QSC-nin) istiqrazlarıdır.
Korporativ sektorda 1 milyard 307 milyon manatlıq təkrar bazarın da 1 milyard 293 milyon manatı ipoteka fondunun istiqrazlarıdır. Yalnız 14 milyon manat təkrar səhm satışlarının payına düşür. Repo əməliyyyatlarında da eyni vəziyyətdir.
Birja əməliyyatlarının kəskin azalması dövlət kağızlarının hesabına baş verib. Bu il dövlət kağızları ilə əməliyyatlar 39%-dən çox azalıb.
Öz növbəsində dövlət kağızlarının azalması da Mərkəzi Bankın qiymətli kağızları – notlar və istiqrazlarının hesabına baş verib. Ötən illə müqayisədə Mərkəzi Bankın qiymətili kağız buraxılışı az qala 2 dəfə azalaraq 8,14 milyard manatdan, 4,31 milyard manata enib.
Maliyyə Nazirliyinin istiqraz buraxılışı 35% artsa da, həcmi kiçik olduğundan ümumi mənzərəni dəyişə bilməyib.
Nəticə olaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 42%, korporativ qiymətli kağızlar bazarı üzrə 81%, repo əməliyyatları üzrə isə 64%, səhmlər üzrə ilkin bazarda 100 misli, səhmlər üzrə təkrar bazarında isə 8,5 misli qədər böyümə qeydə alınıb.
2020-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% böyüyərək 2 milyard 705 milyon 321,3 min manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Bazarlar / Əməliyyatlar |
30.09.2020-ci il tarixinə |
30.09.2020-ci il tarixinə |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin orta günlük** həcmi (manatla) |
Əqdlərin orta günlük sayı |
|
1. Dövlət qiymətli kağızları |
5,657,261,602 |
1,221 |
32,143,532 |
6.9 |
1.1. İlkin bazar |
5,018,684,331 |
778 |
28,515,252 |
4.4 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) |
711,390,226 |
257 |
4,041,990 |
1.5 |
ARMB* qiymətli kağızları |
4,307,294,105 |
521 |
24,473,262 |
3.0 |
1.2. Təkrar bazar |
638,577,271 |
443 |
3,628,280 |
2.5 |
Dövlət istiqrazları |
383,203,186 |
408 |
2,177,291 |
2.3 |
ARMB qiymətli kağızları |
255,374,085 |
35 |
1,450,989 |
0.2 |
2. Korporativ qiymətli kağızlar |
1,535,436,099 |
1,730 |
8,724,069 |
9.8 |
2.1. İlkin bazar |
227,864,294 |
120 |
1,294,683 |
0.7 |
2.1.1. Səhmlər |
30,000,000 |
53 |
170,455 |
0.3 |
2.1.2. İstiqrazlar |
197,864,294 |
67 |
1,124,229 |
0.4 |
- İpoteka istiqrazları |
175,666,591 |
10 |
998,106 |
0.1 |
- Digər istiqrazlar |
22,197,703 |
57 |
126,123 |
0.3 |
2.2. Təkrar bazar |
1,307,571,805 |
1,610 |
7,429,385 |
9.1 |
2.2.1. Səhmlər |
14,471,078 |
1,246 |
82,222 |
7.1 |
2.2.2. İstiqrazlar |
1,293,100,727 |
364 |
7,347,163 |
2.1 |
- İpoteka istiqrazları |
1,272,366,478 |
77 |
7,229,355 |
0.4 |
- Digər istiqrazlar |
20,734,250 |
287 |
117,808 |
1.6 |
3. Repo əməliyyatları |
1,379,481,145 |
881 |
7,837,961 |
5.0 |
Dövlət istiqrazları üzrə |
1,280,458,092 |
833 |
7,275,330 |
4.7 |
ARMB qiymətli kağızları üzrə |
62,374,621 |
19 |
354,401 |
0.1 |
Korporativ qiymətli kağızlar üzrə |
36,648,431 |
29 |
208,230 |
0.2 |
Cəmi (1+2+3) |
8,572,178,846 |
3,832 |
48,705,562 |
21.8 |
- o cümlədən: ilkin bazar |
5,246,548,625 |
898 |
29,809,935 |
5.1 |
- o cümlədən: təkrar bazar |
1,946,149,076 |
2,053 |
11,057,665 |
11.7 |
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı – 176 gün