Mayın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104005878 ISIN-li, 10 milyon manat həcmində, 360 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 91.0451 AZN (9.9722 faiz) və 95.8408 AZN (4.4 faiz) olan 19 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 95.8408 AZN (4.4 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60 milyon 536 min 600 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.
İstiqrazlar gələn il mayın 3-də ödəniləcək. Hərrac iştirakçıları mayın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.