«PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 55% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 28 milyard 391 milyon 321 min manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 10 milyard 36 milyon 400 min manat və ya 54,7% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 675 milyon 690 min manat, dövlət istiqrazları üzrə dövriyyəsi 3 milyard 252 milyon 801 min manat, korporativ istiqrazları üzrə dövriyyəsi 1 milyard 100 milyon 181 min manat, səhmlər üzrə dövriyyəsi 4 milyon 516 minmanat, repo əməliyyatları üzrə dövriyyəsi 23 milyard 358 milyon 131 min manat olub.
Cari dövrdə «PAŞA Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə dövriyyəsi 306,9 milyon manat (10,4%), korporativ istiqrazları üzrə dövriyyəsi 250,4 milyon manat (29,5%), repo əməliyyatlarının dövriyyəsi isə 10 milyard 127 milyon manat (76,5%) artıb. Səhmlər üzrə dövriyyədə 3,3 milyon manat və ya 3,6 dəfə kəskin artım qeydə alınıb.
Yanvar-avqust aylarının nəticələrinə görə, «PAŞA Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 1,246 ədəd (28,2%) artımla 5,669-a bərabər olub.