22-27 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında (BFB) “Kapital Bank” ASC-nin 20 milyon manatlıq səhmi (AZ1003005159) yerləşdirilib.
“Kapital Bank”ın səhmlərinə 63 investor 66 sifariş - TƏQDİM EDİB
FED.az xəbər verir ki, səhm yerləşdirilməsi hər birinin nominal dəyəri 12,39 manat olan 1 616 205 sayda səhmin satışını nəzərdə tuturdu. Satışa çıxarılan səhmlərin nominal dəyəri 19 milyon 999 min 999,95 manat - təqribən 20 milyon manat olub.
BFB-nin məlumatına görə, səhmlərin satışda olduğu 22-27 dekabr tarixlərində abunə yazılışı zamanı 63 investor tərəfindən 66 sifariş təqdim edilib və son nəticədə bütün səhmlər yerləşdirilib.
Qeyd edək ki, qaydalara görə, bu səhmlərin yerləşdirilmsi zamanı bankın hazırki səhmdarları üstün hüquqi malik olub. Yəni ilk növbədə mövcud səhmdarların sifarişləəri qəbul edilib. Daha sonra digər potensial investorların sifariş vermək hüququ yaranıb.
BFB-nin məlumatına görə, abunə yazılışı üzrə toplanmış sifarişlərin ümumi məbləği 19,999,999.95 manat təşkil edib, həmin həcmdə səhm də yerləşdirilib.
Səhmlərin dərhal yerləşdirilməsi onların tamamilə mövcud səhmdarlar tərəfindən alındığını təsdiqləyir. Xatırlaaq ki, «Kapital bank»ın səhmləri demək olar ki, bütünlüklə – daha dəqiqi 99,88%-i «Paşa Holdinq»ə məxsusdur, bankın qalan 0,12%-i digər səhmdarlara məxsusdur. Səhmlərin satışı zamanı mövcud səhmdarların üstünlük hüququna malik olduğunu nəzərə alanda «Paşa Holdinq» satışa çıxarılan səhmlərin 1 612,2 min ədədini əldə edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.