28 iyun 2024-cü il saat 11.00-da “Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı, Xətai rayonu, N.Rəfiyev küçəsi 29 nömrəli ünvanda müəssisənin inzibati binasında baş tutacaq.
İclasın gündəliyindəki məsələlər aşağıdakı məslələr daxildir:
1. Müəssisənin 2023-cü ilin maliyyə - təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatı.
2. Digər məsələlər.
Ümumi yığıncağa bütün səhmdarlar şəxsiyyət vəsiqəsini, varisliyi təsdiq edən sənədi, etibarnamə ilə iştirak edənlər isə notarial qaydada təsdiqlənmiş etibarnaməni təqdim etməlidirlər.
Əlaqə telefonu-012--489-34-60.