Bu gün “Astra Zeneca” şirkətinin təqdim etdiyi koronavirus dərmanının uğurlu sınaqları barədə xəbərlərin də təsirilə Nyu York Fond Birjasında (NYSE) başlıca indekslərdə artım qeydə alınıb.
FED.az xəbər verir ki, “Dow Jones” sənaye indeksi 0,64 faiz qalxaraq 29 440,12 bəndə, “S&P 500” indeksi 0,57 faiz artaraq 3 557,73 bəndə, “Nasdaq” elektron birjası isə 0,55 faiz artaraq 11 919,79 bəndə yüksəlib.
Həmçinin WTI markalı neftin yanvar fyuçersləri də 1,04 faiz bahalaşaraq 42,86 ABŞ dollarından, qızıl isə 0,36 faiz ucuzlaşaraq 1865,4 ABŞ dollarından satılıb.
“Təfərrütlara diqqət yetirdikdə bunlar bazar üçün çox yaxşı xəbərdir. Belə ki, gələn ilin ikinci yarısında iqtisadiyyatın normaya dönəcəyi yüksək ehtimal kim görünür”, - deyə “Janus Henderson İnvestors” şirkətinin departament müdiri Pol O’Konnor WSJ-yə bildirib.
report.az