3 Yanvar 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100173S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.2779 AZN (9,70%) ilə 99.4217 AZN (7,76%) arasında olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 475 milyon 864 min 600 manat olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2779 AZN (9.70%), orta ölçülmüş qiyməti 99.3248 AZN (9.06%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon təşkil edib.
Notların ödəmə tarixi 30.01.2019.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.