2023-cü ilin üçüncü rübünün nəticələrindən sonra Netflix-in səhmləri kəskin bahalaşıb.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
FED.az xəbər verir ki, qlobal internet televiziyası Netflix-in abunəçilərinin sayı ilin üçüncü rübündə 8,8 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 10,8 faiz artaraq 247,2 milyon nəfərə çatıb.
Netflix üçüncü rüblük mənfəətini elan etdikdən sonra şirkətin səhmləri Nyu-Yorkda 16,05 faiz bahalaşaraq 401,77 dollara çatıb (Bakı vaxtı ilə saat 07:30-a olan məlumat) və 2021-ci ilin yanvarından bəri ən böyük qazancını qeyd edib.
Digər tərəfdən, bu il S&P 500 İndeksinin 12%-lik qazancını keçərək, 34 faizdən çox artıb.
Şirkətin ilin üçüncü rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 8,54 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 7,9 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 1,68 milyard dollara çatıb. Keçən ilin üçüncü rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard dollar olmuşdu.
Şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 3,10 dollardan 3,73 dollara yüksəlib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.