2 may 2020-ci il saat 11.00-da Yevlax rayonunun Aran qəsəbəsində "Yevlax Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanın məşhur şirkəti - NİZAMNAMƏ KAPİTALINI AZALDIR
FED.az-ın məlumatına görə ümumi yığıncaqda ASC-nin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və yaranmış maddi çətinliklərlə əlaqədar olaraq ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi, yaxud ləğv edilməsi müzakirə ediləcək.
Yığıncaqda müzakirə ediləcək məsələlərə aid materiallarla ASC-nin inzibati binasında iş günləri saat 9.00-dan 18.00-dək ASC sədrinə müraciətdən sonra tanış olmaq mümkündür.
Səhmdarların nəzərinə çatdırılır ki, ASC 2018-ci il yanvarın 22-dən etibarən fəaliyyətini dayandırmış və bu barədə Vergilər Nazirliyinin 11 saylı ərazi Vergilər Departamentində rəsmi qeydiyyata alınmışdır