FED sədri 0.75%-lik faiz artımı addımlarını inkar etsə də cümə axşamı buna dair ehtimalların yaranması, EUR/USD və GBP/USD məzənnələrində aşağı istiqamətli dalğalanmaya səbəb olsa da yenidən dəstək gördükləri müşahidə edilir. Beləliklə, investorlar alış əməliyyatları üçün Avrozona və İngiltərədən müsbət fundamental göstəricilərin açıqlanmasını gözləyirlər. Buna dair siqnallar olmadıqca, Breksit və Ukrayna müharibəsinin fəsadları aparıcı rol oynamaqda davam edəcək, avro və funt sterlinqdə minimumlar yenilənməkdə davam edə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı da önəmli fundamental göstəricilər açıqlanacaqdır.
Kriptovalyuta birjalarında bitkoin isə 39000$-ın altında qalaraq ucuzlaşmaqda davam edir və trend 33000$- kimi davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.