Çərşənbə günü Moskva birjasında hərracların açılışında dollar/rubl məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 2 qəpik azalaraq 93,38 rubl təşkil edib.
FED.az xəbər verir ki, Avronun məzənnəsi 24,5 qəpik azalaraq 98,6 rubl olub.
Yuanın məzənnəsi 1,4 qəpik artaraq 12,7 rubl təşkil edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.