“MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarı dəyişib.
FED.az xəbər verir ki, ötən ilin sonunda artıq 1 milyon 100 min manat nizamanmə kapitalına malik olmuş şirkətin yeni səhmdarı Xəlilov Samir Əlövsət oğlu olub.
2022-ci ilin sonunda “MFX-Trading İnvestisiya Şirkəti" ASC 500 min manat nizamnamə kapitalına malik olub.
Həmin dövrdə investisiya şirkətinin səhmdarları Nəbiyev Anar Telman oğlu (40%), Novruzov Cəmşid Şoqu oğlu (34%) və digər səhmdarlar (26%) idi.
Nəbiyev Anar Telman oğlu min səhm olmaqla 200 min manat, Novruzov Cəmşid Şoqu oğlu 850 səhm olmaqla 170 min manat, digər səhmdarlar 650 səhm olmaqla 130 min manat paya malikdirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.