“MFX Trading İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfəyədək azalıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında "MFX Trading İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 170,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 280,1 milyon manat və ya 2,7 dəfə azalıb.
Bu dövrdə şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 50,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 32,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 774,8 min manat, səhmlər üzrə dövriyyəsi qeydə alınmayıb, repo əməliyyatları üzrə dövriyyəsi isə 86,2 milyon manat olub.
Cari dövrdə “MFX Trading İnvestisiya Şirkəti”nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 16,9 milyon manat və ya 50,0% artıb. Korporativ istiqrazlar üzrə dövriyyə isə 434,2 min manat və ya 2,3 dəfə yüksəlib.
Lakin, dövlət istiqrazları üzrə dövriyyə 47,8 milyon manat və ya 2,5 dəfə azalıb. Repo əməliyyatlarının dövriyyəsi 249,6 milyon manat və ya 3,9 dəfə kəskin şəkildə azalıb.
Yanvar-sentyabr aylarının nəticələrinə görə, “MFX Trading İnvestisiya Şirkəti”nin əməliyyatlarının sayı 196 ədəd və ya 4,2 dəfə azalaraq 62-yə bərabər olub.