17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin 3 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az birjaya istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən əqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 may 2020-ci ildir.
“METAK” MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.
Eləcə də bax: Nazirdən Beynəlxalq Bankın özəlləşdirilməsi barədə - AÇIQLAMA
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.