Plastik boru istehsalçısı olan METAK 14%-lik istiqrazları üzrə sonuncu kupon ödənişini həyata keçirib və əsas məbləği qaytarıb.
FED.az xəbər verir ki, METAK şirkəti tərəfindən 2018-ci il 29 yanvar tarixində 2 milyon AZN həcmində emissiya edilmiş bir illik istiqrazların tədavül müddəti bitib. Bu istiqrazların sahibləri bir ilə ümumilikdə 280 min AZN qazanıb.
Eləcə də bax: Alik Kərimovun şirkəti yarım ildə - 3 MİLYON MANAT QAZANIB
Beləliklə METAK öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək, istiqrazlarının yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğunu sübut etdi.
METAK istiqrazları üzrə son bir il ərzində 4 dəfə faizlər ödənilib. 2018-ci il aprelin 29-da ödənişlərin ümumi həcmi 69,041 min AZN, iyulun 29-da 69,808 min AZN, oktyabrın 29-da 70,575 min AZN, 2019-cu il yanvarın 29-da isə 70,575 min AZN təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.