Birjalarda bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər (kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti, orta maaş artımı) diqqət mərkəzində olacaqdır.
Məşğulların sayında artım proqnozları aşarsa, dollarda bahalaşma davam edə bilər. Texniki təhlillərə əsasən, EURUSD, GBPUSD və həmçinin qızılın qiymətində ucuzlaşmanın davam edəcəyi də proqnozlaşdırılır.
Bundan başqa saat 13:00-da Avropada açıqlanacaq inflyasiya rəqəmləri də birjalardakı dalğalanmalara ciddi təsir edə bilər.
Artan geosiyasi risklərin təsiri ilə yüksələn neft qiymətləri ABŞ-ın 6 ay ərzində strateji neft ehtiyatlarından 180 milyon bareldən çox neft çıxarma qərarından sonra ucuzlaşıb.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.