Mərkəzi banklar 2024-cü ildə qızıl alma fəaliyyətini ardıcıl 15-ci ilə çatdıraraq, qiymətli metalın illik tələbatını indiyə qədərki ən yüksək səviyyəyə yüksəltdilər.
Bitcoin 100 min dollara yaxınlaşır - ARTIM BAŞLADI
FED.az xəbər verir ki, Dünya Qızıl Şurasının təqdim etdiyi "Qızıl Tələb Tendensiyaları" hesabatına görə, mərkəzi banklar və digər qurumlar 2024-cü ildə 1,044.6 ton qızıl alıb. Bu, 2023-cü ilə nisbətən azalma olsa da, 1,000 ton səviyyəsini üçüncü ildir ki, keçib və 2010-2021 illəri arasında orta illik 473 tonla müqayisədə əhəmiyyətli artım göstərir.
Bütün qızıl tələbatı isə 2024-cü ildə 4,974.5 ton olub, əvvəlki ilə nisbətən 1% artıb. Bu dövr ərzində qızıl yatırımı 25% artaraq 1,179.5 tonla dörd illik ən yüksək səviyyəyə çatıb. Dünya Qızıl Şurası, ABŞ-dakı iqtisadi qeyri-müəyyənliyin və ticarət siyasətlərinin 2025-ci ildə qızılın tələbatına təsir edəcəyini vurğulayıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.