Mərkəzi Bankının Notları üzrə hərrac keçirilib – NƏTİCƏLƏR
13:1014 Okt 2020
14 oktaybr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50100186S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 99.4974 (6.49%) və 99.5351 (6.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 582,493,900.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir. Notların ödəmə tarixi 11.11.2020-ci ildir.