20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcəkdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərracın məbləği 100 milyon manatdır.
Repo hərracının parametrləri barədə məlumat:
Hərracın tarixi:20.12.2022
Hərrac vaxtı: 10.30-11.00
Hərracın məbləği: 100.000.000 manat
Repo müddəti7 gün
Repo predmeti: AZ2001008351
Repo predmetinin sayı: 100.000.000 ədəd
Repo açılış qiyməti:1 manat
Faiz dəhlizi: 6,26%-8,24%
Hesablama bazası: 365 gün
Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində
Hərracın baş tutması üçün tələb olunan bank sayı: ən azı 5 bank
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.