Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) notların yerləşirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.
FED.az xəbər verir ki, yeniliyə əsasən indiyədək yalnız bankların almaq hüququ olan AMB-nin notlarını indi kommersiya şirkətləri də ala biləcək.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
AMB-nin notlarına «kənar» investorlar ehtiyatla, müəyyən çərçivəni gözləməklə buraxılacaq: «Qərara alınmışdır ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək məqsədilə tətbiq edilir»-deyə AMB-nin açıqlamasında bildirilirdi.
FED.az xəbər verir ki, artıq AMB not hərracları üzrə şərtləri və şirkətlərlə bağlı limit-tələbləri açıqlayıb. Yeni qayda aprelin 19-20-də keçiriləcək not hərracında tətbiq olunacaq.
Aprelin 19-20-də Bakı Fond Birjasında Mərkəzi Bankın ümumilikdə 120 milyon manatlıq notları hərraca çıxarılacaq. Notlar 4 lotda satılacaq. Bunlar hər biri 30 milyon manat olan 28 günlük, 3 aylıq, 6 aylıq və 9 aylıq notlardır.
İlk dəfə olaraq budəfəki not həracında banklarla yanaşı aşağıdakı şirkətlər də iştirak edə biləcək. Qaydalara görə, bunlar qeyri-neft-qaz və qeyri-dövlət şirkətləri, eləcə də maliyyə və sığorta sahəsində çalışmayan şirkətlər olmalıdır. Şirkətlərin təşkilati hüquqi forması kommersitya təyinatlı (ASC, QSC, MMC, kooperativlər və s.) olmalıdır.
Hərracın şərtlərinə gəlincə isə, müəyyən mənada notların alınması üçün şirkətlərə yaradılan imknalar hətta banklardan da üstündür.
Belə ki, hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:
- Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.
- Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.
Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunub.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2069024704 |
19.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
17.05.2023 |
84 |
AZ2070024701 |
19.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
12.07.2023 |
168 |
AZ2071024700 |
20.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
05.10.2023 |
252 |
AZ2072024709 |
20.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
28.12.2023 |