2026-cı ilin yanvar ayının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin Mərkəzi Bankın notları üzrə həyata keçirdikləri əməliyyatların həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bu maliyyə aləti üzrə bazarda liderlik edən şirkətlər məlum olub.
Renkinqə "Assist Finance İnvestisiya Şirkəti" ASC başçılıq edir. Şirkətin Mərkəzi Bankın notları üzrə əməliyyat həcmi 26 milyon 165 min 170 manat təşkil edib.
İkinci yerdə "ABB İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb – burada dövriyyə 24 milyon 790 min 53 manat olub.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 10 milyon 995 min 852 manat göstərici ilə üçüncü sırada yer alıb. "Unicapital İnvestisiya Şirkəti" ASC isə 9 milyon 311 min 459 manat həcmlə dördüncü olub.
Digər investisiya şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC notlarla 5 milyon 969 min 174 manat, "MFX Trading İnvestisiya Şirkəti" isə 4 milyon 973 min 964 manatlıq əməliyyat həyata keçirib.
"Capital Partners İnvestisiya Şirkəti" QSC 3 milyon 446 min 193 manat nəticə göstərib. Siyahını "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC (2 milyon 934 min 876 manat) tamamlayır.
Hesabat dövründə "İnvest-Az İnvestisiya Şirkəti" QSC, "Troni İnvestisiya Şirkəti" QSC, "İnno Kapital İnvestisiya Şirkəti" ASC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC və "Xalq" Bankı ASC tərəfindən Mərkəzi Bankın notları üzrə əməliyyat qeydə alınmayıb.











