İyunun 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102179S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan FED.az-a verilən məlumata görə, 100 milyon manatlıq notun çıxarıldığı hərraca 8 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 16 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98 milyon 266,2 min manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
98,266,200.00 AZN təşkil etmişdir. Notların ödəmə tarixi 08.07.2020