2018-ci il ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 28.6%, Avroya qarşı 4.1%, İngiltərə funt sterlinqinə qarşı 5.9%, Rus rubluna qarşı 16.9% möhkəmlənmişdir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən il üzrə Pul siyasəti icmalında deyilir.
"İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənmişdir",- İcmalda bildirilir.
Qeyd edək ki, ötən il, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3,0 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
Eləcə də bax: Pensiyalar niyə «Azərpoçt»la verilmir? – NAZİRLİK AÇIQLADI
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
©Marja