Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az xəbər verir ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10 %) və 93.8405 AZN (6.6%) olan 26 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1450 AZN (7.4%), orta ölçülmüş qiyməti 93.1998 AZN (7.3365%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228,500.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
Eləcə də bax: Bu ölkə vətəndaşları bitkoinin bahalaşmasına təsir ediblər
İstiqrazların ödəmə tarixi 12 may 2020-ci il.
Hərrac iştirakçıları 15 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə - HƏRRAC KEÇİRİLİB
17:34
14 May 2019