Sentyabrın 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən FED.az-a bildirilib ki, faizli, ortamüddətli istiqrazların emissiya həcmi 15 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 7,5 faizdir. İstiqrazlar 2021-ci il sentyabrın 7-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Eləcə də bax: Maliyyə Nazirliyinin istiqrazları üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.