13 noyabr 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0105017690 |
Emissiya həcmi |
30 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
728 gün |
Faiz ödənişləri (olduqda) |
2019-cu il 14 may, 2019-cu il 12 noyabr, 2020-ci il 12 may, 2020-ci il 10 noyabr |
Faiz gəliri |
8 % |
Ödəmə tarixi |
10.11.2020 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.