7 may 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105008756 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 96.6274 AZN (9.90%) və 100.9130 AZN (7.5%) olan 17 sifariş təqdim edilib.
Eləcə də bax: İpoteka Fondunun istiqrazları yerləşdiriləcək - HƏRRAC
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.4192 AZN (8.88%), orta ölçülmüş qiyməti 98.5851 AZN (8.78%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,010,200.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilib.
İstiqrazların ödəmə tarixi 04.05.2021-ci il.
Hərrac iştirakçıları 8 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Maliyyə Nazirliyinin istiqrazları - BÖYÜK TƏLƏBLƏ SATILDI
17:27
7 May 2019