Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106009753 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3000%) və 100.0000 AZN (9.0000%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7120 (9.9001%), orta ölçülmüş qiyməti 98.2212 (9.6975%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,752,900.00 AZN yerləşdirilmiş həcmi isə 14,202,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 17.05.2022-ci il.
Hərrac iştirakçıları 22 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Maliyyə Nazirliyinin 15 mln manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
18:03
21 May 2019