Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Eləcə də bax: Depozit hərracı keçirildi - NƏTİCƏ
FED.az xəbər verir ki, 18 fevral 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.