8 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin (AZ0110002950 ISIN-li) 20 mln. manat həcmində, 2 548 gün, yaxud 7 il tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az-a BFB-dan bildirilir ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 84.6657 (9%) və 97.3700 (6.4731%) olan 11 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.3685(6.4734%), orta ölçülmüş qiyməti 97.3693 (6.4733%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 893 500 manat, yerləşdirilmiş həcmi isə 1 150 000 manat təşkil edilmişdir.
Qeyd edək ki, sonuncu dəfə yeddi illik dövlət istiqrazlarının orta əlililiyi illik 7% təşkil edirdi.
İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu il.
Hərrac iştirakçıları 9 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.