29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104102014 ISIN-li, 500 milyon manat həcmində, 306 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görəı, hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 89.0000 (14.7909%) manat və 96.3760 (4.4999%) manat olan 44 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3760 (4.4999%) manat, orta ölçülmüş qiyməti isə 96.3760(4.4999%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 683,127,100 manat, yerləşdirilmiş həcmi isə 500,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 31.10.2023-cü ildir.
Hərrac iştirakçıları 30 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.