Avrozonada və İngiltərədən dərc edilən mənfi "PMI" göstəricilərindən sonra avro və funt sterlinqin gələcək qiyməti fonunda qeyri-müəyyənlik artıb. Bu, EUR/USD məzənnəsində 1.08$-ın altında üfüqi korreksiyanın başlamasına və ya trendin zəifləməsinə səbəb ola bilər. Trendin daha ləng inkişaf etdiyi GBP/USD məzənnəsi isə 1.28$-a kimi bahalaşmaqda davam edə bilər.
Bununla yanaşı, "ECB" sədri böhranın müşahidə edilmədiyi Avrozonada, faizlərin də üçüncü rübün sonunda müsbət ola biləcəyini proqnozlaşdırır. Beləliklə, təzyiq altında qalan dollar ilə qızıl və bitkoin qiymətləri də dəstək görməkdədir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.