Almaniyada inflyasiya göstəricilərin yüksək dərc edilməsindən sonra bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozona üzrə açıqlanacaq istehlak qiymətlərində illik artım proqnozları da yüksəlib. Bu, "ECB"-nin faiz artımı ehtimallarını gücləndirməklə bərabər, gəlirliyin də artmasına və EUR/USD məzənnəsinin dəstək görməsinə səbəb olub. GBP/USD məzənnəsi də Amerika və Asiya sessiyalarında bahalaşıb.
Amerikada birinci rübdə müşahidə edilən böhran maliyyə bazarlarında qızıla olan tələbi də artırıb. Saat 13:00-da Avropadan da inkişaf rəqəmləri yayımlanacaqdır. Əmtəə birjalarında neft də Ukraynada hərbi əməliyyatların güclənməsi ilə əlaqədar bahalaşmaqdadır.
Kriptovalyuta birjalarında bitkoinin 39000$ önəmli dəstək səviyyəsinin altında qalması ilə ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. Növbəti dəstək səviyyəsi isə 33000$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.