10 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) ümumi buraxılış həcmi 400 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata göeə, qeyd olunan istiqrazların yerləşdirilməsi 12 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2033020283
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazın sayı: 400 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazın buraxılış həcmi: 400 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30(otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 12.09.2024
Anderrayter: “INVEST-AZ İ.Ş” ASC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.