Üç aylıq London banklararası faiz dərəcəsi (Libor) investorların FED-in daha böyük faiz artımı edəcəyi ilə bağlı fərziyyələri ilə 14 ilin ən yüksək səviyyəsinə çatıb.
FED.az xəbər verir ki, libor ardıcıl dördüncü ticarət günündə də artaraq 2,83229 faizə yüksəlib və 2008-ci ilin Noyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.
Bahalaşma, bir çox Fed rəsmisinin "inflyasiya ilə mübarizənin sona çatmasına hələ çox vaxt qaldığını" deməsindən sonra, ABŞ istiqrazlarının gəlirliliyinin artması və gələn il üçün faiz dərəcələrinin azaldılması ehtimalının azalması ilə baş verib.
Libor (London Banklararası Faizi) 1980-ci illərin əvvəlindən investorların və bankların öz kredit müqavilələrini müəyyən etdiyi faiz dərəcəsi kimi istifadə olunurdu. 2021-ci ilin sonundan etibarən bəzi bankların faizləri manipulyasiya edərək üstünlük əldə etdiyi səbəbilə Liborun istifadəsi dayandırılmış və əvəzinə SOFR istifadə edilməyə başlanmışdır. (Marja)