30 iyul 2024-cü il saat 10.00-da ləğvetmə prosesində olan “Gəncə Ərzaqnəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin qalıq əmlakının və pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
4. Digər məsələlər. Ümumi yığıncaq Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi 19 nömrəli ünvanda keçiriləcək.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00- dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər. Əlaqə nömrəsi: +994 50- 346-44-00.