“15”oktyabr 2024-cü il tarixində yerli vaxtla saat 11.00-də “KARKAS” ASC-nin səhmdarları növbədənkənar ümumi yığıncağı çağırılır .
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yusif Səfərov küçəsi, 23a ünvanında yerləşən ofis binasında baş tutacaq.
“KARKAS” ASC-nin “15”oktyabr 2024-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1.”Karkas” ASC-nin 2-ci redaksiyada olan nizamnaməsinə dəyişiklik və əlavələrinin edilməsi;
2.”Karkas” ASC-in Direktorlar Şurasının üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi;
3. ”Karkas” ASC-in Direktorlar Şurasının yeni tərkibdə üç il müddətinə seçilməsi;
4. ”Karkas” ASC-in Direktorlar Şurasının yeni seçilmiş üzvləri sırasından ”Karkas” ASC-in Direktorlar Şurasının sədrinin seçilməsi;
5. ”Karkas” ASC-in müfəttişin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi; 6. ”Karkas” ASC-in müfəttişin üç il müddətinə seçilməsi;
7. “Karkas” ASC-nin “21” iyun 2024-cü il tarixli səhmdarların növbəti ümumi yığıncağının gündəliyin 7-ci bəndi üzrə qəbul olunmuş qərarın icra vəziyyətinə dair “Karkas” ASC-nin direktorun məruzəsi.
8.Digər məsələlər.
“KARKAS” ASC-nin “15” oktyabr 2024-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncaqda iştirak hüququ
bilavasitə iştirak edən özü və ya nümayəsi vasitəsi ilə həyata keçirə bilər.
“KARKAS” ASC-nin “15” oktyabr 2024-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının işində iştirak edən bilavasitə özü iştirak etdikdə, şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi iştirak edənin üzrəində olmalıdır.
Nümayəndə isə həm də qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib və təsdiq edilmiş etibarnaməyə malik olmalıdır. “KARKAS” ASC-nin “15” oktyabr 2024-cü il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağı üzrə materiallarla hər iş günü səhər saat 10.00-dan – axşam saat 17.00-dək (saat 13.00-14.00 nahar fasiləsi istisna olunmaqla) Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanda yerləşən “KARKAS” ASC-nin inzibati binasında şəxsən tanış olmaq olar.”