2025-ci ilin yanvar ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin (investisiya şirkətlərinin) dövriyyələri açıqlanıb.
FED.az Birjaya istinadən xəbər verir ki, "ABB İnvest İnvestisiya Şirkəti" QSC cəmi 6 milyard 647 milyon manat dövriyyə ilə ilk pillədə qərarlaşıb.
Birja övriyyəsi 3 milyard 893 milyon manat olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2-ci yerdə olub.
3-cü yeri isə 1 milyard 84 milyon 387 min manat əməliyyat dövriyyəsi ilə "Assist Finance İnvestisiya Şirkəti" ASC tutub.
Ən aşağı dövriyyə isə "PSG Kapital İnvestisiya Şirkəti"ndə olub. İnvestisiya şirkətinin dövriyyəsi 1 milyon 836 min manata bərabər olub.
Daha ətraflı aşağıdakı xədvəldə tanış ola bilərsiniz.