2024-cü ilin yanvar-aprel ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 9 milyard 233 milyon 857 min manat dövriyyə ilə 1-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 4 milyard 611 milyon 288 min manat dövriyyə ilə 2-ci, “Assist Finance İnvestisiya” şirkəti ASC 1 milyard 963 milyon 7 min manat dövriyyə ilə 3-cü, "Unicapital İnvestisiya Şirkəti" ASC 1 milyard 111 milyon 33 min manat dövriyyə ilə 4-cü, "CPM-İnvest İnvestisiya Şirkəti"QSC 1 milyard 58 milyon 261 min manat dövriyyə ilə 5-ci olub.
Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.