FED-in aqressiv sərtləşdirmə siyasəti ehtimallarının güclənməsi dollar indeksinin də dəstək görməsi ilə özünü göstərir. Bununla yanaşı, Avrozonada enerji sektorunda islahatlar və infrastruktur investisiyaları sahəsində prosesin inkişafı EUR/USD məzənnəsinə də dəstək olmaqdadır. GBP/USD məzənnəsi də müsbət təsirlənməkdədir.
AB Komissiyasının sədri Ursula von der Leyen çərşənbə günü verdiyi açıqlamasında, 300 milyard avroluq investisiya ilə alternativ enerjinin genişləndirilməsi nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, Almaniya, Danimarka, Niderland və Belçika Şimal dənizində külək enerjisindən istifadəni genişləndirməklə, 2050-ci ilə kimi külək parklarının gücünün 150 qiqavata çatdırılması nəzərdə tutulub.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.