Neft maşınqayırması üzrə aparıcı müəssisələrdən biri olan "Bakı Neft Maşınqayırma Zavodu" ASC-nin səhmlərinin 15%-nə qapalı abunənin nəticələri təsdiq edilib. Müəssisənin işçiləri zavodun səhmlərinin 2,65%-ni əldə ediblər.
ASC-nin səhmlərinə imtiyazlı abunəlik bir həftə müddətində keçirilib və 20 noyabr tarixində başa çatıb. Abunədə 130 nəfər hüququ olan şəxsdən 23-ü iştirak edib. İşçilərə 1 milyon 207,5 min səhm almaq hüququ verilib. Bu səhmləri tam şəkildə əldə etmək üçün onlar Özəlləşdirmə Komissiyasına 13 milyon manatdan artıq məbləğ ödəməlidirlər. Ancaq onlar bu hüquqdan istifadə etmək üçün cəmi 299 min 73 manat "toplayıblar". (Contact)