Bakı Fond Birjası bildirir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 3 dekabr 2018-ci il tarixində AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, 3 dekabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 926.66 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 926.66 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 926.66 AZN olması nəzərə alınmalıdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.