Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 29-da AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, qeyd edilən tarixdən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 835.58 AZN təşkil edir.
Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 835.58 AZN məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 835.58 AZN olması nəzərə alınmalıdır.